“Azərbaycanla Bosniya və Herseqovina arasında mehriban və gözəl münasibətlər var”.
APA-nın məlumatına görə, bunu Bosniya və Herseqovina xarici işlər naziri İqor Çrnadak azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında deyib.
O bildirib ki, tərəflər iqtisadi münasibətləri inkişaf etdirmək niyyətindədir: "Biz Azərbaycanın suverenliyi və ərazi bütövlüyünə dəstək veririk. Bu yaxınlarda bu barədə parlamentimizdə sənəd qəbul olunub. İstəyirik ki, münaqişə sülh yolu ilə, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunsun".
Enerji layihələri barədə danışan nazir bildirib ki, ölkəsi bu sahəyə böyük maraq göstərir: "Bosniya və Herseqovina islahatlar həyata keçirir, ölkəmizi sərmayə üçün cəlbedici etmək istəyirik. Azərbaycan artıq investisiya yatırır, lakin bunun həcmini artırmaq istəyirik. Gələcəkdə biznes-forum da keçirmək niyyətindəyik".
Nazir 2 il əvvəl ölkəsində baş verən daşqınlar zamanı Azərbaycanın etdiyi yardıma görə təşəkkür edib.