Özbəkistanın ”Sado” qəzetində Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anar haqqında jurnalist Rüstəm Ravşanovun özbək dilində məqaləsi dərc olunub.
Məqalədə Anarın həyat və yaradıcılığından, ictimai fəaliyyətindən söhbət açılır.
Yazıda Anarın əsərlərinin Özbəkistanda çox sevildiyi bildirilir. Elə bu sevginin nəticəsi olaraq bu yaxınlarda Daşkənddə Usman Kuçkarın tərcüməsində yazıçının “Mən, sən, o və telefon” adlı növbəti kitabının özbək dilində nəfis tərtibatla çap edildiyi vurğulanır.
Materialda bildirilir ki, bir çox özbək yazıçıları Anarla dostluq edir. Qəzetdə Anarın hikmətli sözləri də verilib, tanınmış qələm adamlarının Azərbaycanın Xalq yazıçısı haqqında fikirləri yer alıb.
AzərTAc