Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti ölkə ərazisində müşahidə olunmuş faktiki hava şəraiti barədə məlumat yayıb.
Departamentdən APA-ya bildirilib ki, dekabrın 14-ü gün ərzində, 15-i gecə və səhər qeyri-sabit hava şəraiti davam edib, yağış, bəzi yerlərdə sulu qar, qar yağıb, ayrı-ayrı yerlərdə intensiv olub.
Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-2, Böyük Qafqazda 2-29, Lənkəran-Astara zonasında 1-42, Kiçik Qafqazda 13-15, Qazax-Gəncə zonasında 1-17, Mərkəzi Aran rayonlarında 1-18, Naxçıvan MR-da 1-10 mm təşkil edib.