Azərbaycan prezidenti İlham Əliyev olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləğinin artırılması haqqında fərman imzalayıb.
APA-nın məlumatına görə, Azərbaycanın olimpiya çempionları üçün Azərbaycan Respublikası Prezidentinin xüsusi olimpiya təqaüdünün məbləği artırılaraq 1300 manat müəyyən edilib.