https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Hikmət Hacıyev: “Azərbaycanın mülki əhalisi demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir”
https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
search
28 Aprel 2024
27 Aprel 2024

“AZAL-ın aqibəti ilə bağlı son qərarı AFFA verəcək”

“AZAL-ın aqibəti ilə bağlı son qərarı AFFA verəcək”

Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri və AZAL futbol klubunun vitse-prezidenti Fikrət Hüseynovun müsahibəsi

- Ötən ay Gənclər və İdman Nazirliyində futbol sektorunun müdiri təyin olundunuz. Yeni rəhbər kimi hansı dəyişiklikləri həyata keçirəcəksiniz və fərqli layihələr nəzərdə tutulubmu?

- Sektor müdiri vəzifəsinə təyinatımla bağlı əmr martın 15-də verilib. İşimin icrasına yeni başlamışam. Hələlik cari məsələlərlə məşğuluq. Ancaq yeniliklər və layihələr mütləq olacaq. Uşaq futbolu, milli komandalarla bağlı təkliflər verəcəyik.

- Futbol sektorunda başqa kadr dəyişikliyi nəzərdə tutulub?

- Xeyr, əvvəlki əməkdaşlarla işimizi davam etdiririk.

- AZAL Azərbaycan Premyer Liqasının XXIV turu çərçivəsində “İnter”ə 1:2 hesabı ilə uduzmaqla komandanın I diviziona düşməsi rəsmiləşdi. Klubun aqibəti necə olacaq?

- Əsasnaməyə uyğun olaraq, sonuncu yeri tutan klub Premyer Liqanı tərk edir. Lakin AZAL-ın aqibətinin necə olacağını bilmirik. Bizdən asılı olmayan məsələlər var. Klub rəhbərliyi ilə bu həftənin sonunda görüşməliyəm. AZAL yaxşı infrastrukturu olan komandadır. Bazamız, stadionumuz, avtobusumuz, hər cür şəraitimiz var. Son sözü aidiyyəti orqanlar deyəcəklər. Məsləhət bilsələr, komanda elitada qalacaq.

- Komanda növbəti mövsümdə də Premyer Liqada mübarizə aparacağı halda, baş məşqçi Tərlan Əhmədov işini davam etdirəcək?

- Tərlan Əhmədovdan çox razıyıq. O, gözəl insan, yaxşı məşqçidir. AZAL-dakı ilk mövsümündə sözün əsil mənasında qəhrəmanlıq etdi. Elə heyət və maliyyə durumu ilə 46 xal topladı. Əhmədov kollektivi gözəl bir ailə kimi birləşdirməyə nail oldu. Cari mövsüm üçün eyni büdcəni saxladıq. Ancaq nədənsə, bizdə alınmadı. Özünüz də görürsünüz ki, AZAL heç kimə asan təslim olmur. Özümüzə məxsus oyun tərzimiz, əzmkarlığımız var. Qış fasiləsində bizə qoşulan futbolçular komandaya güc qatdılar və yaxşı çıxış etməyə başladıq. Təəssüf ki, heç cür 7-ci pilləyə qalxa bilmədik. Uşaqlar bunun üçün sona qədər döyüşdülər. Öz səhvlərimiz də oldu, kənar amillər də. Məsələn, hakimlər elə ilk turda AZAL-ı “sındırdılar”. “Neftçi”yə 0:2 hesabı ilə uduzduğumuz matçda böyük haqsızlıq etdilər. Başqa oyunlarmızda da oxşar hallar baş verdi.

- Hazırkı heyət mövsümün əvvəlində olsaydı, AZAL-ın sonuncu yeri tutmayacağını söyləmək olardı?

- Məncə, I diviziona düşməzdik. Həmin heyət də pis deyildi, lakin qış fasiləsində bir qədər də gücləndik. Digər 7 komandanın heç birindən zəif futbol oynamırıq. İkinci sıradakı “Qəbələ”yə iki ev oyununda uduzmadıq. “Qarabağ”a hakimin yanlış qərarından uduzduq. Hamı görür ki, AZAL yaxşı futbol sərgiləyir. Tərlan Əhmədova bu cür kollektiv formalaşdırdığı üçün təşəkkür edirəm. Onun gələcəyi var, cavan məşqçidir. Premyer Liqada qalsaq, büdcəmiz indikindən çox olacaq. Hər şey dəqiqləşəndən sonra Əhmədova müraciət edəcəyik ki, baş məşqçi postunda qalsın.

- Əhmədovun başqa klublardan təklif alması ilə bağlı informasiyalar var. Bununla bağlı onun özü ilə söhbət etmisiniz?

- Bu barədə söhbətimiz olmayıb. Lakin Əhmədov elə məqşçidir ki, hər halda təklifləri olar. Yerli mütəxəssisdir, Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan “Neftçi”nin məşqçilər korpusunda yer alıb. AZAL-da işlədiyi iki mövsümdə də püxtələşib. Onun futbolçu kimi də böyük təcrübəsi var.

- Hazırkı heyətin aqibəti ilə bağlı müzakirə aparmısınız?

- Xeyr, bu məsələləri həftəsonu rəhbərliklə görüşdə danışacağıq. Hazırkı reqlamentə əsasən, Premyer Liqanı tərk etməliyik. AZAL-ın aqibəti ilə bağlı son qərarı AFFA verəcək.

Report.az

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.