Mayın 6-7-də Lənkəranda Avropa günləri keçiriləcək.
Avropa İttifaqının Bakı nümayəndəliyindən APA-ya verilən məlumata görə, Avropa İttifaqının Bakıdakı nümayəndəliyi tərəfindən təşkil ediləcək tədbirdə film nümayişi olunacaq, sərgi, konsert və debatlar keçiriləcək.
Bu məqsədlə Aİ-nin Bakı nümayəndəliyinin rəhbərliyi ilə yanaşı 15-ə yaxın ölkənin Azərbaycandakı səfirləri Lənkərana səfər edəcək.
Avropa günləri çərçivəsində Aİ-nin Bakı nümayəndəliyi tərəfindən Masazırda məcburi köçkün ailələri üçün konsert proqramı təşkil olunacaq.