Rusiya və ABŞ prezidentləri arasında ilk görüşün vaxtı məlum olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Vladimir Putin və Donald Tramp arasında ilk görüşün iyulun 7-də Almaniyanın Hamburq şəhərində "G 20" sammiti çərçivəsində keçiriləcəyini söyləyib.
Y. Uşakov V. Putinin sammit çərçivəsində Türkiyə, Fransa, Cənubi Koreya, Yaponiya və digər ölkələrin başçıları ilə ikitərəfli görüşlərinin planlaşdırıldığını da bildirib.