2017-ci ilin iyun ayı ərzində Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 212,764 min ton Azərbaycan nefti nəql olunub.
SOCAR-dan "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında bu kəmərlə 13 mln. 174,287 min ton neft ötürülüb.
Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il iyul ayının 1-ə qədər BTC-yə 334 mln. 712,349 min ton neft vurulub.
Bundan başqa, 2017-ci ilin iyun ayında BTC ilə 564 min 548 ton Türkmənistan nefti nəql olunub.