|
|
|
|
2016-cı ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti ümumilikdə 717 min manat məbləğində kompensasiya alıb.
"APA-Economics" SOCAR-ın 2016-cı il üzrə konsolidə olunmuş maliyyə hesabatına istinadən xəbər verir ki, 2015-ci ildə bu rəqəm 535 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 34% və ya 182 min manat artıb.
Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.
Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.