https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

“Qarabağ”ın bütün yoxlama oyunlarında uduzmasına görə narahat olmağa dəyməz”

“Qarabağ”ın bütün yoxlama oyunlarında uduzmasına görə narahat olmağa dəyməz”

"Məncə, "Qarabağ" Çempionlar Lİqasının qrup mərhələsində oynamaq iddiasını ilk oyunda ortaya qoyacaq".

Bu sözləri Qol.az-a açıqlamasında AFFA Məşqçilər Komitəsinin sədri Vaqif Sadıqov deyib.

O, Çempionlar Liqasının II təsnifat mərhələsində sabah Gürcüstanın "Samtredia" klubunu qəbul edəcək "Qarabağ"dan yalnız qələbə gözlədiyini bildirib: "Neçə vaxtdır gözləyirik ki, "Qarabağ" ÇL-in qrup mərhələsində çıxış etsin. Komanda özü də bunu çox istəyir. İlk görüşdə inamlı oyun sərgiləmək çox vacibdir. Düşünürəm ki, sabah "Qarabağ" gözəl və məzmunlu oyunu ilə hamımıza qələbə sevinci bəxş edəcək".

Ağdam klubunun Avstriya toplanışında keçirdiyi 4 yoxlama oyunun hamısında uduzmasına da münasibət bildirən millimizin sabiq baş məşqisi düşünür ki, bu nəticələrə görə narahat olmağa dəyməz: "Qarabağ"ın üstünlüyü ondadır ki, ən çətin məqamlarda da toparlanmağı, özündə güc tapmağı və lazım olan nəticəni əldə etməyi bacarır. Yoldaşlıq oyunlarına nəzər salsaq, görərik ki, komanda onların heç birində tam heyətlə oynamayıb. Oyunlarda müxtəlif futbolçulara şans verilib. Qurban Qurbanov bu yaxınlarda verdiyi müsahibəsində tamamilə düz buyurdu ki, bu məğlubiyyətlər də onlara çox faydalı oldu. Yəni komanda öz problemlərini gördü və onun üzərində çalışdı. Hesab edirəm ki, ÇL-in oyunlarında bu səhvlər təkrarlanmayacaq. Mən "Qarabağ"a inanıram. Bu, həmişə bizi sevindirən "Qarabağ"dır. Komanda bu il də əlindən gələni edəcək ki, "Qarabağ"ı, Azərbaycanı bütün dünyaya tanıtdırsın”.

V.Sadıqov Avroliqada yarışan "Qəbələ"nin də mərhələni keçəcəyini bildirib: "Qəbələ" çox güclənib. Roman Qriqorçuk tam yeni bir komanda formalaşdırır. Rəqib zəif deyil. Bəlkə də "Qəbələ" avrokuboklarda ən ağır oyununu keçirəcək. Komandamız müsbət nəticə əldə etsə, işi bir qədər rahat olacaq. Çünki "Qəbələ"yə yeni qoşulan futbolçulara müəyyən qədər vaxt lazımdır. Ancaq bildirməliyəm ki, yeni transferlər yüksək səviyyəlidir. Ona görə də daha az vaxta ehtiyacları olacaq. İnanıram ki, "Qəbələ" ən azı "Qarabağ" kimi üçüncü dəfə Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanacaq".

V.Sadıqov artıq Avroliqada ilk mərhələni adlayan "İnter" və "Zirə"nin də baxımlı oyun göstərdiyini və bu komandalara da inandığını vurğulayıb: "İnter”in sərgilədiyi praqmatik oyun önü göstərir ki, komandamız ikinci təsnifat mərhələsini də adlayacaq. Futbolda hər bir sürprizlər olur, ancaq "İnter"in göstərdiyi oyun inamlı danışmağımıza imkan verir. Rəqib Lüksemburq klubudur. Məncə, "İnter" üçün o qədər də çətin olmayacaq.

"Zirə"yə hamımız azarkeşlik edirik. Yeni yaranmış komandadır. Düzdür, rəqibi "Astra" o qədər də zəif deyil. "Zirə"nin üstünlüyü isə ondadır ki, cavab oyununu Bakıda keçirəcək. İnanıram ki, Ayxan Abbasovun komandası Rumıniyadakı oyunda tam gücünü ortaya qoyub müsbət nəticə qazanacaq.

"İnter" və "Zirə"nin ilk mərhələdəki inamlı çıxışları, qazandıqları nəticələr onu göstərdi ki, artıq Avropada Azərbaycan klubları ilə də hesablaşırlar. Klublarımızn rəqibdən və oyunun keçirildiyi yerdən asılı olmayaraq, inamlı çıxış edir. Buna görə qürur hissi keçirirəm".

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.