https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Mikayıl Cabbarov Qılıncoynatma Federasiyasının prezidenti seçildi

Mikayıl Cabbarov Qılıncoynatma Federasiyasının prezidenti seçildi
Bu gün Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) növbədənkənar hesabat-seçki konfransı keçirilib.
 
Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin (MOK) inzibati binasında baş tutan yığıncaqda qurumun yeni tərkibi müəyyənləşib.
 
Tədbirdə Prezident Aparatının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusif Məmmədəliyev, gənclər və idman naziri Azad Rəhimov, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə də iştirak edib.
 
AQF-in prezident postuna yeganə namizəd təhsil naziri Mikayıl Cabbarov səsverməyə əsasən rəhbər vəzifəyə seçilib. Eyni zamanda, Azərbaycan Badminton Federasiyasının prezidenti olan Cabbarov növbəti tsikldə qılıncoynatmanın da inkişafına nəzarət edək.
 
O, bu postda avqustun 17-də növbəti dəfə AQF-in prezidenti seçilən Nazim İbrahimovu əvəzləyib.
 
Qeyd edək ki, İbrahimov 2007-ci ildən AQF-də prezident postunu tuturdu.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.