Səni vəsf edirəm bu nəğməmdə mən,
Əsl gözəlliyi sevib-duyan dost!
İlk həyat nurunu Tovuzda görən -
Bütöv Azərbaycan arzulayan dost!
Yoxdur ehtiyacın, zərrəcə meylin
Minnətli tərifə, yersiz alqışa;
Tərəqqi, inkişaf - qayən, əməlin,
Sağ ol, professor Qəzənfər Paşa!
Bakıdan səmimi salam aparıb,
Bayatı, xatirə, kəlam aparıb,
Kərkük mahnısıyla dönübsən geri;
Daim yollardasan o vaxtdan bəri.
...Köçdü Əbdüllətif əbədiyyətə -
Çevrilib səməndər adlanan quşa;
Dözüm arzuladın dərdli millətə,
Sağ ol, professor Qəzənfər Paşa!
Beş əsr sonradan söz-söhbət açıb
Məşhur qəhrəmanının Nostradamus.
İşğal, amansızlıq həddini aşıb,
Qonşuda nə ar var, nə həya-namus!
Yalnız özümüzə ümid bəsləyir
Qubadlı, Zəngilan, Kəlbəcər, Şuşa...
Əlini sıxdığın əsgər də deyir:
Sağ ol, professor Qəzənfər Paşa!
Həsrət ayırmasın yarı-yarından,
Qoruyaq düzlüyü pisdən, harından.
"Ovqat"a baxırdıq - xoşumuz gəldi
Mənalı nitqindən, cavablarından.
Dərsin - mədəniyyət, maarif, bilik...
Vüsal meyvələri dərərək yaşa!
Hələ qabaqdadır xeyli onillik,
Sağ ol, professor Qəzənfər Paşa!
20.04.2008