|
|
|
|
Bugünlərdə Kürdəmir şəhər 1 saylı orta məktəbin 10-cu sinif şagirdləri AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Aran Regional şöbəsində ekskursiyada olublar.
Filialın müdiri filogiya üzrə fəlsəfə doktoru Yaqut Bahadurqızı öncə N.Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyi haqqında şagirdlərə geniş məlumat verərək yenidən qurulmuş filialın ekspozisiyalarını təqdim edib.
Şagirdlər muzeyin şöbələrində Azərbaycan ədəbiyyatının müxtəlif dövrləri, inkişafının fərqli mərhələləri, söz sənətimizin keçdiyi inkişaf yolu ilə tanış olublar.
Ekspozisiyalarla tanışlıqdan sonra dil-ədəbiyyat müəllimi Rəhilə Məmmədova, dərslik proqramına əsasən, bəşər bədii mədəniyyət tarixinə yeni fikirlər, ideyalar gətirmiş XII əsr dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəviyə aid dərsi şagirdlərə tədris edib.
Şagirdlərin muzey ekspozisiyaları ilə dərindən tanışlığı və muzeydə keçirilən əyani dərs klassik və müasir Azərbaycan ədəbiyyatını gənc nəsilə sevdirmək, layiqincə tədris və təbliğ etmək baxımından faydalı olub.