|
|
|
|
Noyabrın 7-də BMT-nin Cenevrədəki baş qərargahında "Mədəniyyətlərarası dialoq vasitəsilə konfliktlərin qarşısının alınması: Azərbaycan modeli" adlı beynəlxalq konfrans keçirilib.
Tədbir Avropa Azərbaycanlıları Cəmiyyəti, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Cenevrədəki BMT Bölməsi və digər beynəlxalq təşkilatlar yanında Daimi Nümayəndəliyi tərəfindən BMT Sülh Həftəsi çərçivəsində təşkil edilib.
Dini komitədən verilən məlumata görə, konfransda çıxış edən qurumun şöbə müdiri Nicat Məmmədli Azərbaycanda cəmiyyət tərəfindən irəli sürülən dini dialoq təşəbbüslərindən, həmçinin, müxtəlifliyin, mədəniyyətlərarası dialoqun və dini tolerantlığın təşviqinə yönəlmiş dövlət siyasətindən danışıb.
Konfransda çıxış edən Avropa Azərbaycanlıları Cəmiyyətinin direktoru Lionel Zetter və İtaliyanın Sapienza Universitetinin professoru Daniel Vinçelli, Parlamentlərarası İttifaqın Xarici əlaqələr üzrə direktoru səfir Anda Kristina Filip, İnsan Hüquqları və Dialoq üzrə Cenevrə Mərkəzinin icraçı direktoru, səfir İdris Cəzairi münaqişələrin həllində mədəniyyətlərarası dialoqun rolundan və Azərbaycanın mədəniyyətlərarası dialoqa beynəlxalq miqyasda verdiyi töhfədən söhbət açıblar.
Ceyhun ABASOV