Noyabrın 17-də iqtisadiyyat naziri Şahin Mustafayev Biləsuvarda vətəndaşlarla görüş keçirəcək.
Nazirlikdən verilən məlumata görə, qəbulda Salyan, Neftçala, Biləsuvar və Cəbrayıl rayonlarından olan vətəndaşlar iştirak edəcək. Vətəndaşların qəbulu saat 10:00-dan etibarən YAP Biləsuvar rayon təşkilatının inzibati binasında (ünvan: Mübariz İbrahimov küçəsi, 221) keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşlar qeydiyyat üçün İqtisadiyyat Nazirliyinin “[email protected]” elektron poçt ünvanı və (012) 493-14-56, (012) 493-88-67 (21-05), (055) 257-60-90 nömrəli telefonlar (əlaqələndirici şəxs Elmar Hacıyev), 195-2 Çağrı Mərkəzi, həmçinin, nazirliyin Aran regional bölməsi (əlaqələndirici şəxs Elbrus Hüseynov, əlaqə telefonu: (022) 337-82-81, (055) 206-88-52, elektron poçt ünvanı: “[email protected]”) vasitəsilə müraciət edə bilərlər.
Bununla yanaşı, vətəndaşlar İqtisadiyyat Nazirliyinin internet və “Facebook” səhifələrində xüsusi olaraq yaradılmış “İqtisadiyyat nazirinin şəhər və rayonlarda keçirilən qəbulu üçün müraciət” bölmələri vasitəsilə də qəbula yazıla bilərlər.
CEYHUN