Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) reallaşdırdığı Yasamal Yaşayış Kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək.
"APA-Economics" xəbər verir ki, bu barədə MİDA-nın aparat rəhbəri Anar Quliyev bildirib.
Onun sözlərinə görə, bu istiqamətdə MİDA Bakı Nəqliyyat Agentliyi (BNA) ilə əməkdaşlığını davam etdirir: "Əldə olunan razılığa əsasən, yaşayış kompleksi istiqamətində dörd marşrut xətti istifadəyə veriləcək. Gələcəkdə bu marşrutların sayı artırılacaq".