https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
search
3 May 2024

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Bugünlərdə Qəbələ şəhərində taekvondo idman növü üzrə açıq beynəlxalq turnir keçirilib.

Üç gün davam edən sözügedən mötəbər beynəlxalq yarışda Türkiyə, İraq, Rusiya və Gürcüstandan, eləcə də respublikamızın bütün müvafiq klublarından, rayonlarından olan komandaların 600-dən çox idmançısı iştirak edib.

Turnirdə Ağcabədinin taekvondo komandası da uğurla çıxış edib. Komandanın gənc məşqçisi, dəfələrlə taekvondo üzrə respublika çempionatlarının mükafatçısı, ikinci danqara kəmər ustası Cəlil Abdullayevin dediklərinə görə, yarışlara qatılan 12 idmançıdan 2 nəfəri qızıl, 2 nəfəri isə bürünc medal qazanıb. Komandanın üzvləri - Oruc İsmayılov 44, Kənan Əliyev 24 kq çəki dərəcəsində fəxri kürsünün birinci pilləsinə yüksəliblər.

Digər idmançılardan Amin Qurbanov 30, Səfər Behbudzadə isə 21 kq çəki dərəcəsində 3-cü nəticə göstəriblər. Yarışların sonunda qaliblərə xüsusi diplom və qiymətli hədiyyələr təqdim edilib. Öz yetirmələrindən daha yüksək nəticələr gözlədiyini vurğulayan C.Abdullayev onların gələcək yarışlara ciddi hazırlaşdıqlarını, bununla əlaqədar təlim-məşq toplanışına start verildiyini dilə gətirib.

Yəhya PAŞAZADƏ

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Ağcabədi taekvondoçularının uğuru - Fotolar

Şəkil sayı: 6
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.