Şimali Koreya növbəti dəfə ballistik raket sınağı keçirib.
APA-nın “Renhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Cənubi Koreya SQ-nin Baş Qərargahının məlumatında bildirilir.
Məlumata görə, raket Pxenan Namdo əyaləti Pxenson şəhərinin ətrafından şərq istiqamətdə buraxılıb. Cənubi Koreya və ABŞ-ın müvafiq qurumları hazırda raketin trayektoriyasını müəyyənləşdirirlər.