“İraqda qalan Azərbaycan vətəndaşlarının taleyi dövlətimizin müvafiq qurumlarının tam diqqətindədir”.
APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.
Rəhbərlik etdiyi komitənin də bu məsələni diqqətdə saxladığını qeyd edən M. Qurbanlı bildirib ki, onlarla bağlı hazırda tədbirlər görülür: “Orada qalan digər azərbaycanlı uşaqların da yaxın günlərdə Azərbaycana gətirilməsi üçün işlər görülür. Proses gedir”.