2018-ci il fevralın 17-18-də Bakıda ilk Beynəlxalq İctimaiyyətlə Əlaqələr Yaradıcılığı Forumu keçiriləcək.
APA-nın xəbərinə görə, forumda yerli mütəxəssislərlə yanaşı, ABŞ, İngiltərə, Rusiya, Türkiyə, Yaponiya, Almaniya, Bolqarıstan, Qazaxıstan, Misir, Şimali Kipr və başqa ölkələrdən nümayəndələr iştirak edəcək. Foruma bu sahədə təhsil verən universitetlərinin müəllimləri, tədqiqatçılar, alimlər, elm və sənət adamları da dəvət olunublar.
Qeyd edək ki, forumun təşkilatçısı PRoloq İnkişaf Mərkəzi və mərkəzin PRoloq (www.proloq.az) online jurnalıdır.