|
|
|
|
Belarusiyanın Böyük Teatrında 8-ci Minsk Beynəlxalq Yeni il Opera Forumu keçirilib. Forum çərçivəsində dünyanın opera ulduzlarının qala konserti keçirilib.
Bolqarıstan, Gürcüstan, Moldova, Rusiya, Fransa, Ukrayna, Litva, Qazaxıstan, Kanada, Meksika və ölkəmizdən də qala konsertə sənətçilər qatılıb.
Ölkəmizi forumda Əməkdar artist Afaq Abbasova, Azərbaycanın və Dağıstanın Xalq artisti Azər Zeynalov, Əməkdar artisti İlham Nəzərov təmsil ediblər.
Opera müğənnilərini Belarusiya Böyük teatrının simfonik orkestri və xor qrupu müşayiət edib. Konsertdə məşhur dirijorlar Belarusiyadan Andrey Qalanov, İtaliyadan isə Canluka Marçano da iştirak ediblər.
ŞAHANƏ