Bu gün Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin (PTİY İB) sədri İradə Əlili və İB-in Peşə Mədəniyyəti şöbəsinin müdiri Kifayət Bayramova Goranboy rayonunun Ağcakənd və Veysli kəndlərində məskunlaşmış Xocalı, Kəlbəcər, və Laçın rayonlarından qaçqın düşmüş ailələri ziyarət ediblər.
Birliyin şöbə müdiri K.Bayramovanın təşəbbüsü və xeyriyyəçi insanların dəstəyi ilə 15 qaçın ailəsinin hər birinə 11 çeşiddə ərzaq yardımları edilib. Həmçinin rəhbərlik tərəfindən onların problemləri dinlənilib və ailələrdəki yeniyetmə və gənclərlə peşə seçiminin insan həyatında, cəmiyyətdəki əhəmiyyəti, yaşam tərzinə təsiri haqqında fərdi söhbətlər aparılıb.
Ziyarət edilən ailələr çətin həyat şəraitində yaşayan ailələrdir.