Cənubi Koreya prezidenti Mun Çje İn Şimali Koreya prezidenti Kim Çen Inla görüşməyə hazır olduğunu bəyan edib.
APA-nın məlumatına görə, bu barədə “Yonhap” agentliyi məlumat yayıb. O bildirib ki, görüş yalnız müəyyən şərtlər daxilində mümkündür.
Qeyd edək ki, iki ölkə lideri indiyə kimi 2 dəfə görüşüb. Görüşlərdən biri 2000-ci ildə, digəri isə 2007-ci ildə Pxenyanda baş tutub.