https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

Azərbaycan Premyer Liqası mövqeyini itirib

Azərbaycan Premyer Liqası mövqeyini itirib

Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi, yenə çempionatların reytinqini müəyyənləşdirib. 

Siyahıda planetin 89 ən güclü liqası yer alıb. 2017-ci ilin 12 ayının yekunlarına əsasən tərtib olunan cədvələ Azərbaycan çempionatı da daxil edilib. 

Azərbaycan Premyer Liqası dünyanın 50-ci çempionatıdı. Bu mövqeni Şimali İrlandiya ilə bölüşən liqamızın hesabında 358 xal var.

Bir il əvvəl dünyada 33-cü olan Azərbaycan çempionatı 12 ay ərzində 17 pillə geriləyib. 

Uruqvay, Norveç, Belarus, İran, Albaniya, Mərakeş, Qazaxıstan, CAR, Sloveniya, Makedoniya, Serbiya, Çin, İsveç, Bolqarıstan, Sudan, Boliviya və Yaponiya çempionatları Premyer Liqamızı arxada qoyub.

Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniya (1195), İngiltərə (1177) və Braziliya (1134) çempionatları tutur. Türkiyə Superliqası 4 pillə geriləyərək, 14-cü yerə düşüb – 650 xal.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.