Rusiya prezidenti Vladimir Putinin İsrailin baş naziri Benyamin Netanyahu ilə Kremldə görüş vaxtı bəlli olub.
Bu haqda məlumatı Kremlin mətbuat katibi Dmitri Peskov verib: "Putin və Netanyahu telefon danışığı zamanı yaxın müddətdə görüşməyə qərar veriblər.
Görüş çərçivəsində ikitərəfli münasibət, beynəlxalq və regional məsələləri müzakirə ediləcək”, - deyə, Pekov bildirib.
Qeyd edək ki, İsrail baş naziri yanvarın 29-da Rusiyaya səfər edəcək.
ZEYNƏB