“Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi hərbi əməliyyatlar kürdlərə qarşı yönəlməyib”.
APA-nın Gürcüstan bürosunun məlumatına görə, bunu Türkiyənin Gürcüstandakı səfiri Fatma Ceren Yazqan keçirdiyi mətbuat konfransında deyib.
Səfir bildirib ki, “Zeytun budağı” əməliyyatının məqsədi Türkiyə sərhədlərinin yaxınlığında təhdidlərin qarşısını almaqdır: “Bu əməliyyatlar beynəlxalq hüquq normalarına cavab verir. Hərbi əməliyyatlar terror təhlükəsi aradan qalxmayana qədər davam etdiriləcək. Bu əməliyyatlar həmçinin Suriyanın ərazi bütövlüyünün qorunmasına dəstəkdir”.