”İki ölkə arasında diplomatik münasibətləri Gürcüstan dayandırıb. Onların nöqteyi-nəzərindən diplomatik münasibətlərin bərpasının şərti Rusiyanın Abxaziya və Cənubi Osetiyanı müstəqil dövlət kimi tanımaqdan imtina etməsidir”.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin "Kommersant"a müsahibəsində deyib.
O bildirib ki, Moskva buna getməyəcək: “Qərar qətidir. Biz, bu iki gənc Qafqaz respublikası ilə müttəfiqlik münasibətlərimizi inkişaf etdiririk. Əməkdaşlığımızın dərinləşməsinə istiqamətlənən olduqca möhkəm müqavilə-hüquq bazamız var. Gürcüstan tərəfi yeni reallıqları nəzərə alaraq diplomatik münasibətləri bərpa etməyə hazır olan kimi, biz dərhal buna müsbət reaksiya verəcəyik”.