https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-02/303490_m1kzpm480b.jpg "Azərbaycan COP29 ilə bir daha dünyaya nümunəvi inkişaf modeli təqdim edəcək"
https://525.az/img/pics/medium/2022-06/229548_4az6e84pj9.jpg Aktrisanın şirin-acı həyat hekayəti - Telman Orucov yazır
https://525.az/img/pics/medium/2023-04/263948_uuvy11xi8l.jpg Nar ağacı çiçəkləyəndə... - Allahverdi Eminov yazır
search
1 May 2024

İdmanda dopinqdən istifadəyə görə cəza sərtləşdiriləcək

İdmanda dopinqdən istifadəyə görə cəza sərtləşdiriləcək

Milli Məclisin (MM) qarşıdan gələn 2018-ci il yaz sessiyası ilə bağlı yanvarın 26-da  parlamentin Gənclər və idman komitəsinin ilk iclası keçirilib.

Adıçəkilən komitənin sədri Fuad Muradov əvvəlcə  bildirib ki, hesabat dövründə komitənin iclaslarında  bir neçə məsələ müzakirə olunub və plenar iclaslara tövsiyə edilib.

Onun sözlərinə görə, hesabat dövrü ərzində komitəyə 124 şikayət, ərizə, müraciət daxil olub və onlardan böyük qismi baxılması, həll edilməsi üçün aidiyyatı qurumlara göndərilib. Komitə sədri eyni zamanda deyib ki, 2018-ci ilin qanunvericilik işləri planına isə  “Gənclər siyasəti haqqında”, o cümlədən, “Bədən tərbiyəsi və idman haqqında”, “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı haqqında” qanunlara dəyişikliklər məsələsi, “Bədən tərbiyəsi və idman fəaliyyətində yetkinlik yaşına çatmayanların mühafizəsi haqqında” yeni qanun layihəsi və sair məsələlər daxildir:”Biz ilk öncə gənclər siyasəti ilə bağlı qanuna əsaslı dəyişiklikləri nəzərdə tutan qanun layihəsi üzərində işləyib, onu müzakirələrə təqdim edəcəyik. Sonra isə bədən tərbiyəsi ilə bağlı yeni qanun layihəsinin hazırlanmasına başlayacağıq. Bunlar bizim üçün önəmli məsələlərdir”.

F.Muradov deyib ki, Azərbaycanda idmanda dopinq vasitələrinin istifadəsinə qarşı cəza sərtləşdiriləcək. Komitə sədri bildirib ki, bununla bağlı “İdmanda dopinq vasitələrinin və ya metodlarının istifadəsinə qarşı mübarizə haqqında” qanuna əlavələr edilməlidir:  “Ümumi təkliflər paketi var. Bura İnzibati və Cinayət məcəllələrinə dəyişiklik də daxildir. Bu məsələ Gənclər və idman komitəsinin yaz sessiyasının qanunverici işlər planına daxil edilib”. O, həmçinin deyib ki, Azərbaycanda MM üzvlərinin iştirakı ilə beynəlxalq futbol turniri keçiriləcək və  yarışa bir neçə ölkənin nümayəndələri qatılacaq: “Turnirin fevralın 9-10-11-də keçirilməsi planlaşdırılır”.

Adıçəkilən komitənin üzvü Adil Əliyev isə çıxışında  bildirib ki, fevral ayında Qazaxıstan parlamentinin Gənclər və idman komitəsinin sədrinin Azərbaycana səfəri gözlənilir: “Bildiyiniz kimi, Qazaxıstan parlamentinin sədri fevral ayında Azərbaycana səfər edəcək, Milli Məclisdə bir sıra görüşlər keçirəcək. Bu səfərlə əlaqədar olaraq da mən özüm şəxsən Qazaxıstanın Azərbaycandakı səfirliyi ilə danışıqlar apardım və səfər zamanı Qazaxıstan parlamentinin müvafiq komitəsinin sədrinin də iştirakını arzuladım. Ona görə çox güman ki, qazax həmkarımız da bu səfərə qatılacaq”.

Millət vəkili Şahin İsmayılov da  öz növbəsində çıxışında  Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi, yəni, “Cümhuriyyət ili” ilə bağlı Azərbaycan Demokratik Respublikasının (ADR)  ilk paytaxtı Gəncədə xüsusi iclasın keçirilməsi təklifilə çıxış edib:”Hesab edirəm ki, Gəncədə komitəmizin ADR  rəhbərliyinin ilk vaxtlar fəaliyyət göstərdiyi binada xüsusi iclas keçirməsi məqsədəuyğun olardı. Bu tədbirə ətraf bölgələrdən olan millət vəkilləri və idman mütəxəssisləri, idmançılar da dəvət olunardı. Bu, yerinə düşən bir addım olardı...”. Ş. İsmayılov həmçinin, Azərbaycanda yol qəzalarının qarşısının alınması üçün piyadaların xüsusi işıq qaytarıcı vasitələrdən istifadə etməsini təklif edib. Ş.İsmayılov bildirib ki, ötən il təqribən 700-dən çox insan yol qəzalarında ölüb: “Bu, olduqca çox böyük rəqəmdir. Bır sıra ölkələrin qanunvericiliyində yol qəzalarının qarşısının alınması üçün məcburi şəkildə xüsusi işıq qaytarıcı vasitələrdən istifadə edilir. Bir çox ölkələrdə piyadalar üzərində xüsusi işıq qaytarıcı vasitələr olur və onlar gecə bir növ görünən hala gəlirlər. Bəlkə biz də bunu araşdıraq və bu məsələni qanunvericiliyə daxil edək”.

Kamil HƏMZƏOĞLU

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.