|
|
|
|
"ABŞ Minsk qrupunun üzvü olaraq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını daim diqqətdə saxlayır. Biz tərəfləri bir araya gətirərək, həlli uzanmış bu məsələnin tez bir zamanda həlinə çalışırıq".
APA-nın xəbərinə görə, bunu ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib.
Həmsədrlərin fəallaşmasından danışan səfir bildirib ki, ABŞ daim məsələnin həlli ilə bağlı irəliləyişə imkan verən yol tapılmasına çalışır: "ABŞ nizamlanma prosesinə daim sadiq olub. Dağlıq Qarabağ münaqişəsi nəticəsində hələ də insanlar həyatını itirir. Bu münaqişənin tez bir zamanda həlli vacibdir".