"İslamofobiyanın süni şəkildə ortaya atıldığını hiss edirik. May ayında İslam Əməkdaşlıq Təşkilatı ölkələri xarici işlər nazirlərinin konfransı keçiriləcək. Biz o iclasda İƏT-in islam dünyasının əsas təşkilatı olmasını təsdiq etmək barədə müzakirələr aparacağıq”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda mərakeşli həmkarı Nasser Bourita ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.
E. Məmmədyarov bildirib ki, İƏT-in və onun fəaliyyətini həmrəylik və qətnamələrin həyata keçirilməsi əsasında qurmaq lazımdır: “Məsələn, İƏT-də Azərbaycanın lehinə sənəd qəbul edən bəzi ölkələr bəzən başqa təşkilatlarda eyni məsələ ilə bağlı bitərəf qalırlar. Biz həmrəy olmalıyıq”.