https://525.az/img/pics/medium/2022-10/243033_wv3aoim4y6.jpg "Türkman", yoxsa "türkmən"? - Qəzənfər Paşayev yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Dövlət Neft Fondu hansı texnoloji şirkətlərə investisiya qoyub? - Sosial şəbəkədə yazılanlar
https://525.az/img/pics/medium/2024-01/298153_e6snn5oqaj.jpeg Bədii nəsrimizin sönməyən ulduzu - İsi Məlikzadə - 90
https://525.az/img/pics/medium/2024-05/312341_je4lkeiuoy.jpg İnfluencer Səma Abıyeva: "İnfluencer fəaliyyətinin genişlənməsi üçün dövlətin dəstəyinə ehtiyac var"
search
3 May 2024

Dani Alves dünyanın ən titullu futbolçusu oldu

Dani Alves dünyanın ən titullu futbolçusu oldu

Fransanın PSJ klubunun braziliyalı futbolçusu Dani Alves tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, cənubi amerikalı dünyanın ən titullu futbolçusu adına yiyələnib.

Belə ki, PSJ-nin Fransa Liqa Kubokunu qazanması ilə Dani karyerasında 37-ci titula yiyələnib. Regional turnir sayılan Nordeste kubokunu da saysaq, bu həddə çatan braziliyalı futbol tarixinə düşüb. Düzdü, adıçəkilən titulla bağlı mübahisələr də qaçılmazdır.

Onun hesabında İspaniya çempionatlarında 6, İspaniya kuboku və İspaniya Superkubokunda 5, UEFA Superkubokunda 4, UEFA Çempionlar Liqası və Klublararası dünya çempionatlarında 3, UEFA kuboku və Konfederasiyalar kubokunda 2 qələbə var. Alves həmçinin A seriyası, İtaliya kuboku, Fransa Superkuboku, Nordeste kuboku, Amerika kuboku və Fransa Liqanın qalibidir.

Qeyd edək ki, PSJ finalda “Monako”nu 3:0 hesabı ilə məğlub edib.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.