Aprelin 1-də Milli Kitabxanada Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən olan, Milli Məclisinin deputatı, "Şöhrət" ordenli, Əməkdar jurnalist, yazıçı Aqil Abbasın anadan olmasının 65 illiyi münasibətilə "Aqil Abbas – 65" adlı kitab sərgisi açılıb.
Bu barədə 525.az-a Milli Kitabxandan məlumat verilib.
Bildirilib ki, sərgidə yazıçının əsərləri, tərtib etdiyi, redaktoru olduğu, önsöz yazdığı, haqqında olan kitablar və qəzet-jurnal materialları sərgilənib.
Sərgi bir həftə davam edəcək.