Azərbaycanda aprelin 11-də prezident seçkilərinin şəffaf və demokratik şəraitdə keçməsi üçün iradə mövcuddur.
Bu fikri sechki-2018.az saytına açıqlamasında rusiyalı politoloq Nikita Qolobokov deyib.
Rusiyalı politoloq aprel seçkilərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə təsir edəcəyini dilə gətirib.
O deyib: “Hesab edirəm ki, Azərbaycanda keçiriləcək prezident seçkiləri eyni zamanda Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impuls verəcək”.