|
|
|
|
Almaniyada yük avtomobilini piyadaların üzərinə sürən sürücü intihar edib.
APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, polis insidentin terror aktı olduğunu istisna etmir.
Qeyd edək ki, Almaniyanın Münster şəhərində sürücünün idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb. Hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb. nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.
*** 07.04.18, 19:44
Almaniyada sürücünün idarə etdiyi yük avtomobilini insanların üzərinə sürməsi nəticəsində xəsarət alanlardan 6 nəfərin vəziyyəti kritik kimi qiymətləndirilir.
APA-nın məlumatına görə, bu barədə "FAZ" nəşrinin hüquq-mühafizə orqanlarındakı mənbələrə istinadən xəbər yayıb.
*** 07.04.18, 19:15
Almaniyada sürücü idarə etdiyi yük avtomobili bir qrup insanın üstünə sürüb.
APA-nın "Rheinische Post" nəşrinə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 30 nəfər xəsarət alıb.
"Focus" qəzetinin yazdığına görə, insident nəticəsində xəsarət alanların sayı 50-dən çoxdur.
Hadisə ölkənin cənubunda, Münster şəhərində baş verib.
Nəşrin yazdığına görə, hüquq-mühafizə orqanlarındakı mənbələr hadisəni terror aktı kimi qiymətləndirir.