|
|
|
|
Suriyanın Duma şəhərində həyata keçirilən kimyəvi hücumla bağlı rəsmi Vaşinqtonun hərbi variantları çoxdur.
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.
“Hərbi cəhətdən planlarımız çoxdur. Bu barədə tezliklə xəbər veriləcək”, - deyə, D.Tramp bildirib.
Onun sözlərinə görə, Duma şəhərində kimyəvi silahdan istifadənin arxasında əslində kimlərin durduğu araşdırılır.