|
|
|
|
Azərbaycanın Müdafiə Nazirliyi Ermənistan tərəfinin guya Azərbaycan Ordusunun ermənilərə məxsus mülki yük maşınını atəşə tutması barədə yaydığı məlumata münasibət bildirib.
Nazirliyin Mətbuat Xidmətindən APA-ya bildirilib ki, “Ermənistan tərəfinin yaydığı məlumat yalandır”.
Qeyd edək ki, Ermənistan Müdafiə Nazirliyi Azərbaycan Ordusunun ermənilərə məxsus yük avtomobilini atəşə tutması barədə məlumat yayıb.