https://525.az/img/pics/medium/2024-04/311725_9vr2bm0uzq.jpg Türkiyədə İŞİD əməliyyatı - 38 şübhəli saxlanıldı
https://525.az/img/pics/medium/2024-04/311719_l84nsathaw.jpg Yollarda görmə məsafəsi məhdudlaşacaq - XƏBƏRDARLIQ
https://525.az/img/pics/medium/2024-04/311691_ttk393l7ij.jpeg Mülki əhalimiz demək olar ki, hər gün milyonlarla mina ilə üzləşir - Hikmət Hacıyev
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
search
28 Aprel 2024
27 Aprel 2024

Bakıda keçiriləcək Dünya Kubokuna 26 ölkə qatılacaq

Bakıda keçiriləcək Dünya Kubokuna 26 ölkə qatılacaq

Aprelin 27-də Bakıda bədii gimnastika üzrə Dünya Kuboku start götürəcək.

Azərbaycan Gimnastika Federasiyasından apasport.az saytına verilən məlumata görə, 3 gün davam edəcək yarışda 26 ölkədən 127 gimnastın iştirakı gözlənilir. 

Onlardan 44-ü fərdi proqramda, 83-ü isə qrup komandalarının tərkibində çıxış edəcəklər. 

Paytaxtımızda 6-cı dəfə baş tutacaq yarışın ilk iki günü fərdi gimnastlar və qrup hərəkətləri komandaları təsnifat mərhələsində öz güclərini sınayacaqlar. Bu mərhələnin nəticəsindən asılı olaraq hər iki proqram üzrə çoxnövçülükdə qaliblər və ayrı-ayrı alətlər üzrə finala vəsiqə qazanmış idmançılar adları müəyyənləşəcək. 

Yarışların son günü baş tutacaq final mərhələsində isə ən güclü 8 fərdi gimnast və 8 qrup hərəkətləri komandası birincilik uğrunda mübarizə aparacaqlar. 

Turnirdə həmçinin, ən yüksək icra xalını toplamış gimnast və qrup komandasına ənənəvi “AGF Trophy” Kuboku təqdim olunacaq. 

Bu yarışdan öncə isə Milli Gimnastika Arenası gənc gimnastların iştirak edəcəyi “AGF Junior Trophy” adlı beynəlxalq turnirə ev sahibliyi edəcək. 2003-2005-ci il təvəllüdlü idmançılar yalnız fərdi çıxış proqramı üzrə öz qüvvələrini sınayacaqlar. Yarış aprelin 23-24-də olacaq. 

Gənc bədii gimnastlar böyük gimnastları qabaqlayaraq, 23-24 aprel tarixlərində fəxri kürsünün ilk pillələrinə qalxmaq uğrunda mübarizə aparacaqlar. Bu turnirdən dərhal sonra eyni məkanda Bədii Gimnastika üzrə Dünya Kuboku baş tutacaqdır. Turnirdə 19 ölkə təmsilçilərinin iştirakı gözlənilir.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.