ATƏT-in Minsk Qrupunun həmsədrləri regionda son hadisələr ilə bağlı bəyanat yayıb.
APA-nın xəbərinə görə, həmsədrlər bu həssas dövrdə tərəflərin atəşkəsə hörmətlə yanaşmasının mühüm əhəmiyyətini vurğulayıblar.
ATƏT-in Minsk qrupunun həmsədrləri Endryü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) tərəfləri gərginliyi azaltmaq üçün təcili tədbirlər görməyə, münaqişənin sülh yolu ilə həll edilməsi üçün danışıqları bərpa etməyə çağırıblar.