Oktyabrın 17-də Azərbaycan İstiqlal Muzeyində dövlət müstəqilliyimizin bərpasının 27-ci ildönümü münasibətilə "Paralel" adlı tədbir-sərgi keçiriləcək.
Muzeydən AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan Xalq Cümhuriyyətinin və Müstəqil Azərbaycan Respublikasının fəaliyyətini və inkişafını özündə əks etdirən 40-dan çox fotoşəkil nümayiş etdiriləcək.
Tədbirdə Təhsil Nazirliyi Gənclərin Respublika bədii yaradıcılıq evinin tələbələrinin hazırladığı maraqlı bədii proqram təqdim olunacaq.