Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) maska istifadəsi ilə bağlı yeni təlimatları açıqlayıb.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) AZƏRTAC-a bildiriblər ki, təlimatlara əsasən, infeksiyanın yoluxma təhlükəsi yüksək olan bütün ictimai yerlərdə maskaların istifadəsi zəruridir. ÜST-ün maska istifadəsinin əhəmiyyəti ilə bağlı yeni tövsiyələri akademik çalışmalarla sübut edilib.
TƏBİB vətəndaşları bir daha Nazirlər Kabineti yanında Operativ Qərargahın təsdiq etdiyi qaydalara əməl etməyə çağırıb.