Azərbaycan Dövlət Rəsm Qalereyasının "+5C" adlı yeni virtual layihəsi davam edir.
Qalereyadan AZƏRTAC-a bildirilib ki, layihənin növbəti proqramı bu gün saat 20:30-da təqdim ediləcək. Sənətsevərlər xüsusi karantin rejimi və sosial izolyasiya şəraitində ilk dəfə Azərbaycan incəsənətini əhatə edən onlayn bilik yarışmasında iştirak etməklə yanaşı, həm də 5 suala cavab verib, hədiyyə də qazana biləcəklər.
Virtual layihəyə Azərbaycan Dövlət Rəsm Qalereyasının instaqram (@azgallery.az) sosial media hesabı vasitəsilə qoşulub, iştirak etmək mümkündür.
Yarışda iştirak etmək istəyən şəxslər qeydiyyat üçün 077-717-33-37 Vhatsap nömrəsi ilə əlaqə saxlaya bilərlər.