https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
https://525.az/img/pics/medium/2023-12/297354_8fkpzc5rao.jpg Biz rəqs edə bilirikmi? - Əlisəfdər Hüseynov yazır
https://525.az/img/pics/medium/2022-12/250042_rfamas45d2.jpg Hər şey sülh müqaviləsinə doğru - Sosial şəbəkədə yazılanlar
search
26 Aprel 2024

"Neftçi" növbəti qələbəsini qazandı

"Neftçi" növbəti qələbəsini qazandı

Futbol üzrə Azərbaycan Premyer Liqasında VII turun daha bir oyunu keçirilib.

"Report"un məlumatına görə, günün ikinci matçında "Keşlə" "Neftçi"ni qəbul edib.

ASK Arenadakı qarşılaşma "Neftçi"nin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. 69-cu dəqiqədə Namiq Ələsgərov fərqlənib.

Komandalar meydana birgə pankartla çıxıblar. Pankartda "Biz birlikdə güclüyük" yazılıb.

Bu nəticədən sonra "Neftçi" 13-cü xalını qazanıb və bir günlük də olsa, ilk pilləyə yüksəlib. "Keşlə" isə 9 xalla hələ ki, dördüncüdür.

Qeyd edək ki, günün digər matçında "Qəbələ" evdə "Səbail"lə heç-heçə edib - 1:1. Tura oktyabrın 25-də keçiriləcək "Zirə" - "Qarabağ" və "Sabah" - "Sumqayıt" oyunları ilə yekun vurulacaq.

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.