Ötən il Suriyada təlimlərə qatılan Azərbaycan vətəndaşları saxlanılıblar.
APA-nın məlumatına görə, bu barədə Azərbaycan hökumətinin 2013-cü il üzrə hesabatında bildirilib.
Hesabatda qeyd olunub ki, keçirilmiş əməliyyat tədbirləri nəticəsində Suriyada xüsusi təlim keçmiş və müxtəlif növ odlu silah, döyüş sursatı, partlayıcı maddə, hərbi ləvazimatla təchiz edilmiş, terror-təxribat xarakterli cinayətlər törətmək niyyətində olan dini ekstremist qruplaşmanın üzvləri saxlanılıblar.
Hazırda həmin fakt üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilir.