Azərbaycanda yeni radio kanalının açılması üçün müsabiqə elan ediləcək.
Trend-in məlumatına görə, Milli Televiziya və Radio Şurasının bu gün keçirilən iclasında "Televiziya və radio yayımı haqqında" qanunun 15-ci maddəsinə uyğun olaraq yeni regional yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabrdan 1 ay müddətində müsabiqə elan ediləcək.
Müsabiqə üçün tələb olunan sənədlər Milli Televiziya və Radio Şurasının inzibati binasında qəbul ediləcək.