|
|
|
|
Paris yaxınlığında poçt binasında insanları girov götürmüş silahlı şəxs polisə təslim olub.
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, girovların hamısı azad olunub.
Hadisə nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.
*** 17:48
Paris yaxınlığında poçt binasında girov götürülmüş şəxslərdən bəziləri qaça bilib.
APA-nın “Frans Press”ə istinadən verdiyi məlumata görə, onlar bildiriblər ki, poçt binasına hücum edən şəxs “Kalaşnikov” avtomatla silahlanıb.
Onların dediklərinə görə, həmin adamın danışığı rabitəsiz olub.
Hazırda silahlı şəxsin 2 nəfəri girov saxladığı bildirilir.
*** 16^45
Paris yaxınlığında naməlum şəxs 3 nəfəri girov götürüb.
APA-nın RTL radiosuna istinadən verdiyi məlumata görə, hadisə Fransa paytaxtı yaxınlığında yerləşən Kolomb şəhərinin poçt binasında baş verib.
Həmin şəxsin “Kalaşnikov” markalı avtomat, tapança və bir neçə qumbara ilə silahlandığı bildirilir.
Polis insidenti terror aktı kimi qiymətləndirmir. Silahlı şəxslə danışıqların aparılacağı gözlənilir. Yerli mətbuatın yazdığına görə, bu adam əvvəllər xırda xuliqanlığa görə məsuliyyətə cəlb olunub.