https://525.az/img/pics/medium/2024-04/311600_nt8z9zt9t4.jpg “525-ci qəzet”in 27 aprel sayında nələr var? - ANONS
https://525.az/img/pics/medium/2024-04/311508_kdz8nldx8a.jpg Müəllimlərə metodik dəstək keyfiyyət və inkişaf üçün vacib şərtə çevrilib
https://525.az/img/pics/medium/2024-04/311586_0k7qtn8kvv.jpg Güney ziyası: Sədyar Vəzifə Eloğlu
https://525.az/img/pics/medium/2024-04/311544_mzwymtvipe.jpg ...Gözlük gözlərimin əl ağacıdır, Gözlüyüm qoymur ki, yıxıla gözüm. - Elxan Yurdoğludan poetik nümunələr
search
26 Aprel 2024

Ronaldo “Qızıl top” mükafatını satdı

Ronaldo “Qızıl top” mükafatını satdı
Madrid “Real”ının futbolçusu Kriştianu Ronaldo təqdirəlayiq hərəkət edib.

Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı hücumçu bu vaxta qədər qazandığı “Qızıl top” mükafatlarından birini xeyriyyə məqsədilə satıb.
 
Belə ki, o, 2013-cü ildə əldə etdiyi “Qızıl top”u hərraca çıxarıb. “Make-A-Wish” adlı yardım təşkilatının həyata keçirdiyi tədbirdə mükafat 600 min avroya satılıb. “Qızıl top”u İsrailin ən varlı şəxslərindən olan İdan Oferin aldığı bildirilir. Tədbirə “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola və “Mançester Yunayted”in çalışdırıcısı Joze Mourinyo da qatılaraq, təşkilata dəstək kampaniyasına qoşulub.
 
“Make-A-Wish” Ronaldonun “Qızıl top”unun satışından əldə olunan pulu ölümcül xəstəliklərlə mübarizə aparan uşaqların müalicəsinə xərcləyəcək.
 
Qeyd edək ki, Kriştianu Ronaldo 2008, 2014 və 2016-cı illərdə də dünyanın ən yaxşı futbolçusu adına layiq görülüb.
Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.