Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə oktyabrın 20-də Şəmkir rayonunda vətəndaşları qəbul edəcək.
DİM-dən APA-ya verilən xəbərə görə, Şəmkir rayonunda keçiriləcək qəbulda Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon sakinləri və bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər iştirak edə bilərlər.
Qəbul oktyabrın 20-də, saat 13:00-da Şəmkir şəhəri H.Əliyev Mərkəzində keçiriləcək.
Qəbula gəlmək istəyən vətəndaşların Dövlət İmtahan Mərkəzinin internet saytına daxil olaraq elektron müraciət formasını doldurmaqla qeydiyyatdan keçmələri (http://eservices.dim.gov.az/sedrinqebulu/) və ya DİM-in Gəncə regional bölməsinə (Ünvan: Gəncə şəhər H.Əliyev meydanı.İnzibati bina ) müraciət etmələri (əlaqə tel.: (0222) 56-50-67) xahiş olunur.
Bundan əlavə, Şəmkir, Tovuz, Qazax və Ağstafa rayon Təhsil şöbələrində 13 oktyabr –19 oktyabr 2017-ci il tarixlərində (şənbə, bazar günləri istisna olmaqla) saat 10:00-dan- 17:00-dək qeydiyyat aparılacaq.
Qəbula gələn vətəndaşlar şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.