Milli Məclisin bu gün keçirilən plenar iclasında “Turizm haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
“APA-Economics”in məlumatına görə, qanun layihəsi barədə Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli məlumat verib.
Onun sözlərinə görə, qanunun 7-1.6-cı maddəsinə "günü" sözündən sonra, “elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə isə ən geci 3 saat" sözlərinin əlavə edilməsi təklif edilir.
Yeni maddəyə əsasən, Azərbaycanda elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciətə ən geci 3 saat ərzində baxılacaq.
Layihə I oxunuşda səsə qoyularaq qəbul edilib.