Prezident İlham Əliyev akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.
APA-nın xəbərinə görə, Azərbaycanda oftalmologiya sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilib:
“Əməkdar elm xadimi” - Kərimov Kərəm Təbriz oğlu
“Əməkdar həkim” - Ağayev Misirxan Muradxan oğlu, Şamilova Faiqə Hacıbala qızı.