https://525.az/img/pics/medium/2024-05/312225_b00qqaporh.jpg İncəsənət - yalnız gözəllik yaratmağa qadir dünya
https://525.az/img/pics/medium/2024-05/312186_nfw091kmki.jpg Alkoqollu içkilərin idxal və istehsalı ilə bağlı yeni tələblər
https://525.az/img/pics/medium/2024-05/312184_4m7k4svkue.jpg "ABŞ belə anlayır ki, bölgədə ağalıq etmək qeyri-mümkündür, Fransa hara soxulur?"
https://525.az/img/pics/medium/2024-05/312159_zeckt12jl9.jpg “525-ci qəzet”in 2 may sayında nələr var? - ANONS
search
2 May 2024

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar

“Judo Club 2012”nin yeniyetmə cüdoçuları beynəlxalq turnirdə 11 medal qazanıblar

Gürcüstanın Zuqdidi şəhərində cüdo üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib. Yarışda Azərbaycanla yanaşı, Gürcüstan, Dağıstan, İnquşetiya və Ermənistanı təmsil edən 150-yə yaxın idmançı qüvvəsini sınayıb.

Turnirdə ölkəmizi “Judo Club 2012” idman klubunun 2003-2005, 2006-2007, 2008-2010-cu illər təvəllüdlü yetirmələri təmsil ediblər.  Cüdo üzrə Azərbaycanın Əməkdar idman ustası, usta cüdoçular arasında dəfələrlə dünya və Avropa çempionu Zaur Paşayevin rəhbərliyi altında Gürcüstana yollanan komandanın heyətində klubun həkimi Məhəmməd Hüseynzadə və 28 idmançı yer alıb.

“Judo Club 2012”nin yetirmələri beynəlxalq turnirdə müxtəlif yaş qrupları üzrə yarışlarda 3 qızıl və 8 bürünc medal qazanıblar. Qızıl medallara Nicat Eyvazov (34 kq), Ruslan Quliyev (42 kq) və Abduləziz Məmmədov (66 kq) layiq görülüblər. Klubun aktivinə bürünc medalları Mirmehdi Aslanlı (24 kq), Cavanşir Comərdov (38 kq), Amil Həsənov (42 kq), Riad Mustafazadə (42 kq), Mehdi Cəfərov (55 kq), Nurlan Abdullayev (60 kq), Polad Əhmədov (81 kq) və Orxan Ağayev (+87 kq) yazdırıblar.       

Klubun idmançılarının uğuru bununla da yekunlaşmayıb. Belə ki, “Judo Club 2012”nin üzvü Əli Arzumanlı (38 kq) turnirin ən texnikalı və nizam-intizamlı cüdoçusu adına layiq görülüb.       

Qeyd edək ki, Əli Arzumanlı bu il Turkiyədə keçirilən Qaradəniz beynəlxalq turnirində 38 kq çəki dərəcəsində çempion olub.

 

Bölmənin digər xəbərləri
© 2012-2024 525.AZ Müəllif hüquqları qorunur.
Sayt Mozilla Firefox, Google Chrome, Opera və Internet Explorer ver. 7.x ilə tam dəstəklənir. Məlumatdan
istifadə etdikdə istinad mütləqdir.